Tiflisdə ağır yol qəzası baş verib: 53 yaşlı azərbaycanlı qadın ölüb, nəvəsi isə reanimasiyaya yerləşdirilib

Tiflisdə ağır yol qəzası baş verib: 53 yaşlı azərbaycanlı qadın ölüb, nəvəsi isə reanimasiyaya yerləşdirilib
# 10 iyun 2014 09:06 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iyunun 9-da baş vermiş qəza nəticəsində adı və soyadı məlum olmayan 53 yaşlı azərbaycanlı qadın ölüb, nəvəsi isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlı uşağın bədənində sınıqlar, habelə beyin silkələnməsi aşkar edilib.

Hadisə şahidlərinin məlumatına görə, sürətlə gələn avtomobil qadın və uşağı vuraraq kənara atıb. Nəticədə qadın hadisə yerində keçinib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR