Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb

Bakıda mağazadan xeyli miqdarda pul oğurlanıb
# 28 fevral 2014 08:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mağazadan oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 26-na keçən gecə Babək prospektində yerləşən, Turan Səfərova məxsus mağazadan, içərisində 4000 manat olan seyf, dolabdan 1000 manat və elektrik ləvazimatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - Məmməd Hüseynov, Mehdi Zeynalov və Sədi Zeynalov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR