Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar
# 01 may 2014 07:05 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR