Azərbaycanda “İpəkçilik Ensklopediyası” hazırlanır

Azərbaycanda “İpəkçilik Ensklopediyası” hazırlanır
# 06 mart 2014 16:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA_nın mtəbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda mərkəzin direktoru Zəkəriyyə Əlizadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

O, elmi-tədqiqat müəssisəsində hazırlanmaqda olan “İpəkçilik Ensklopediyası” üçün nəzərdə tutulan materialların işlənilməsi və nəşrə hazırlıq vəziyyətindən söhbət açıb. Z.Əlizadə “İpəkçilik lüğəti” kitabı kimi çapı düşünülən nəşrin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “İpəkçilik Ensklopediyası” şəklində hazırlanmasına qərar verildiyini bildirib: “Akademik İsa Həbibbəylinin respublikada son 100 ildə ipəkçilik sahəsində ensiklopediyanın mövcud olmadığını qeyd edərək, belə bir elmi əsərə ehtiyac duyulduğunu deyib”.

Son dövrlərə qədər Azərbaycanın əsas ipəkçilik regionlarından olan Şəki-Zaqatala və Şamaxı ipəkçiliyinin bütün dünya miqyasında tanındığını söyləyən Z.Əlizadə ensiklopediyada bu istiqamətdə mühüm məlumatların toplandığını nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR