Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 19 mart 2014 06:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,62 dollar və ya 1,6% artaraq 1 barelə görə 99,70 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 18-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,55 dollar və ya 0,6% artaraq 106,79 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR