Məlik Dadaşovun 90 illik yubiley tədbiri keçiriləcək

Məlik Dadaşovun 90 illik yubiley tədbiri keçiriləcək
# 29 may 2014 16:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyunun 2-də Dövlət Film Fondunda Azərbaycanın xalq artisti Məlik Dadaşovun 90 illik yubiley tədbiri keçiriləcək.

Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirdə Məlik Dadaşova həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR