İyulda Azərbaycanda deflyasiya qeydə alınıb

İyulda Azərbaycanda deflyasiya qeydə alınıb
# 05 avqust 2013 06:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin 1,7% ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1% bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7% ucuzlaşmasına səbəb olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, sterilizə olunmuş üzlü südün, günəbaxan yağının, bananın, almanın, armudun, şaftalının, qarpız və yemişin, kələmin, xiyar və pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş üzlü südün, xamanın, yumurtanın, kərə yağının, limonun, albalı və gilasın, çiyələyin, şabalıdın, kökün, göyərtinin qiymətlərində bahalaşma müşahidə olunub.

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR