Azərbaycanda aztəminatlı ailələrə dekoderlərin verilməsi üzrə yeni təkliflər hazırlanır

Azərbaycanda aztəminatlı ailələrə dekoderlərin verilməsi üzrə yeni təkliflər hazırlanır
# 06 may 2013 08:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda rəqəmsal televiziya yayımının tətbiqi çərçivəsində aztəminatlı ailələrə dekoderlərin imtiyazlı verilməsi məsələsinə yenidən baxıla bilər.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.


Onun sözlərinə görə, hazırda əsas məqsəd bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təmin etmək və təkcə sosial TV-paketlər deyil, digər TV-paketləri hazırlamaqdır: "Əsas prioritet məhz buna verilir. Payız aylarınadək aztəminatlı ailələr, onlara imtiyazlı dekoderlərin verilməsi üzrə ümumi məbləğ hesablanaraq Nazirlər Kabinetinə təqdim olunacaq".


Nazir onu da əlavə edib ki, bu ilin sonunadək Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq və ölkə əhalisi dekoderləri ala biləcək, aztəminatlı ailələr isə dövlət hesabına sözügedən avadanlıqla təmin olunacaq.


Qeyd edək ki, ilkin olaraq aztəminatlı ailələrə dekoderlərin verilməsi məqsədilə 5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR