Kiyevdə toqquşmalarda xəsarət alan polislərin sayı 278 nəfərə çatıb

Kiyevdə toqquşmalarda xəsarət alan polislərin sayı 278 nəfərə çatıb
# 24 yanvar 2014 01:30 (UTC +04:00)

Bakı-APA. Ukraynanın paytaxtı Kiyevdə iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərin sayı 278 nəfərə çatıb, onlardan 100-ü xəstəxanalara yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in saytında bildirilir.

“Kiyevin Qruşevski meydanında baş vermiş hadisələrdən sonra tibbi yardımın göstərilməsi üçün hüquq-mühafizə orqanlarının 278 əməkdaşı müraciət edib, onlardan 105 nəfəri xəstəxanalara yerləşdirilib”, deyə məlumatda bildirilir.

Zərərçəkənlərdə qapalı kəllə-beyin travması, sümüklərin sınığı, yanıq xəsarətləri, deşilmiş-kəsilmiş yaralar və naməlum maddələrdən zəhərlənmə halları qeydə alınıb.

Yanvarın 19-dan davam edən aksiyalarda mitinqçilərlə polis arasında baş verən toqquşmalarda beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR