Dağıstanda silahlılarla atışmada 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb

Dağıstanda silahlılarla atışmada 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb
# 01 oktyabr 2013 17:47 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Levaşinski rayonunda baş vermiş atışmada 3 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “İTAR-TASS”a Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsindən məlumat verilib.

“İki polis əməkdaşı və bir mülki şəxs yaralanıb, daha üç polisi isə yaralanıb. Məlumat hələ dəqiqləşdirilir”, deyə mənbə bildirib.

Qeyd edək ki, atışma bu gün 12.45-də Yuxarı və Aşağı Ubeki kəndlərinin sərhədindəki meşə zolağında baş verib. Ərazidə əməliyyat rejimi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR