Rusiyalı jurnalist Maksim Şevçenko: “Mustafa Cəmilovun hədələnməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”

Rusiyalı jurnalist Maksim Şevçenko: “Mustafa Cəmilovun hədələnməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”
# 24 aprel 2014 14:26 (UTC +04:00)

Astana. Cavid İsmayıl - APA. Tanınmış rusiyalı jurnalist Maksim Şevçenko Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun Rusiya sərhədçiləri tərəfindən Krımdan deportasiya olunmasına münasibət bildirib. M. Şevçenko APA-ya açıqlamasında bu hadisəni kəskin pislədiyini bildirib: “Sərhəddə hansısa şəxslər Mustafa Cəmilova naməlum kağızlar təqdim edərək onu hədələyiblər. Rusiya dövlətinin bu hadisə ilə heç bir bağlılığı yoxdur”.

M. Şevçenkonun sözlərinə görə, bütün qeyri-stabil bölgələrdə olduğu kimi, Krımda da müxtəlif maraqları olan qruplar fəaliyyət göstərir: “Onlar Rusiya ilə razılaşdırmadan hansısa qadağalar tətbiq edirlər. Hesab edirəm ki, Mustafa Cəmilov başda olmaqla Krım siyasətçilərinə Krıma girişin qadağan olunması Rusiyanın maraqlarına ziddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR