«Bolkart» sahibləri üçün yeni kampaniya keçirilir - FOTO

«Bolkart» sahibləri üçün yeni kampaniya keçirilir - <span style="color: red;">FOTO
# 17 mart 2014 08:21 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC Novruz bayramı ilə əlaqədar «Bolkart» sahibləri üçün alış-veriş kampaniyası elan edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 19-dək «Bolkart»ın keçərli olduğu iri supermarket və mağazalarda alış-veriş edən kart sahibləri, ödənişlərini iki ay sonra etmək imkanı qazanacaqlar. Beləliklə, kart sahibi alış-verişini martda edib, ödənişini isə may ayında edəcək.

Hazırda «Bolkart»ın keçərli olduğu 80-dən çox supermarket fəaliyyət göstərir və onların tam siyahısı ilə burada http://www.bolkart.az/?/az/stores/cat/70/ tanış olmaq mümkündür.

Bankdan bildirilib ki, bu gün 200 mindən çox Azərbaycan vətəndaşı «Bolkart»dan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR