Ermənistanın yeni hökumətinin tərkibi açıqlanıb - APA-TV

Ermənistanın yeni hökumətinin tərkibi açıqlanıb - <span style="color: red;">APA-TV
# 08 may 2013 07:28 (UTC +04:00)

APA-nın “Azatutyun” radiosuna istinadən xəbərinə görə, Ermənistan Respublika Partiyasının iclasının nəticələrinə əsasən hökumətdə bir sıra kadr dəyişiklikləri baş verib.

Maliyyə naziri Vaçe Qabrielyan Ermənistan hökumətinin aparat rəhbəri təyin olunub. Hökumətin sabiq aparat rəhbəri David Sarqsyan isə maliyyə naziri vəzifəsinə keçirilib. Aparat rəhbərinə nazir səlahiyyətləri də verilib.

Gənclər və idman naziri postu Olimpiya çempionu, ağırlıqqaldıran Yuri Vardanyana, iqtisadiyyat naziri vəzifəsi beynəlxalq ekspert Vaqram Avanesyana həvalə edilib. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib ki, indiyədək iqtisadiyyat naziri olan Tiqran Davtyan bundan sonra Ümumdünya Erməni Ticarət Təşkilatına başçılıq edəcək.

Bundan başqa, Ermənistanın hakim partiyasının iclasında İrəvan meriyasına seçkilərin nəticələri və seçkisonrası proseslər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR