Gələn həftədən «Elmlər Akademiyası» metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır

Gələn həftədən «Elmlər Akademiyası» metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır
# 05 iyul 2013 09:53 (UTC +04:00)

Metropolitenin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu tədbir iyulun 8-dən etibarən həyata keçiriləcək.

Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov stansiyanın daim gərgin iş rejimində çalışdığını bildirib: «Lakin bu, qaçılmaz addımdır. Sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaq».

Qeyd edək ki, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR