NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsini pisləyib

NATO-nun baş katibi Krımın Rusiyaya birləşdirilməsini pisləyib
# 19 mart 2014 04:38 (UTC +04:00)

Bakı-APA. NATO-nun baş katibi Anders Foq Rasmussen Krımın Rusiyaya birləşdirilməsini pisləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Rasmussen qeyd edib ki, Rusiya tərəfi beynəlxalq hüquqa uyğun addım atmaq kimi çağırışlara məhəl qoymayaraq, çox təhlükəli yolla gedir. Onun sözlərinə görə, Rusiyanın bu yolda atılacaq sonrakı addımları onun beynəlxalq miqyasda təcrid olunmasını gücləndirəcək.

Qeyd edək ki, bundan əvvəl Rasmussen Krımda keçirilmiş referendumu qeyri legitim sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR