Gürcüstanın daxili işlər naziri “ASAN xidmət” mərkəzi ilə tanış olub - FOTOSESSİYA

Gürcüstanın daxili işlər naziri “ASAN xidmət” mərkəzi ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2013 12:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili bu gün Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

APA-nın xəbərinə görə, Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin yeni Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması, səyyar xidmətlərin tezliklə vətəndaşların sərəncamında olması, həmçinin gələcək planlara dair digər məlumatları qonağın diqqətinə çatdırıb.

Bildirilib ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsidir.

“ASAN xidmət” mərkəzində təşkil olunmuş iş prinsipi ilə tanış olan qonaq vahid məkandan dövlət xidmətlərinin göstərilməsi üzrə mexanizmin Azərbaycan modeli - “ASAN xidmət”in hüquqi-formal əsaslarını maraqla qarşılayıb, praktiki nəticələrini yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR