Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 15% artıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 15% artıb
# 19 avqust 2013 14:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 764,016 mln manat gömrük vergi və rüsumları köçürülüb.

Ümumilikdə, ötən ilin analoji dövrü ilə müqayisədə DGK-nin xətti ilə büdcəyə köçürülən vəsaitin həcmi 14,8 % artıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, daxilolmaların tərkibində 157,982 mln. manatı gömrük rüsumları, 550,762 mln. manatı ƏDV, 45,233 mln. manatı aksizlər, 10,039 mln. manatı isə yol vergisinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR