Nazir müavini: “Təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır” - FOTO

Nazir müavini: “Təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır” - <span style="color: red;">FOTO
# 19 fevral 2014 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Təhsil Nazirliyi təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük önəm verir və diqqət göstərir. Bu, son zamanlar ölkə səviyyəsində qəbul olunan sənədlərdə əksini tapır”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakı şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, Təhsil Nazirliyi istənilən qərarı qəbul etdikdə, ilk növbədə təhsilin keyfiyyəti və göstəriciləri nəzərə alınır. Bunun gələcəkdə də belə davam edəcəyini deyən C.Bayramov qeyd edib ki, bundan sonra daha qabarıq şəkildə özünü büruzə verəcək: “Təhsil Nazirliyi olaraq daim təhsil müəssisələrində islahatlar apararkən və əmək haqqı sistemi tətbiq edərkən pedaqoji kadrların akademik göstəricilərinin nəzərə alınmasını qeyd edirik. Ölkənin təhsil sistemində yaxşını pisdən, zəifi güclüdən ayırmaq lazımdır. Akademik göstəricilərin nəzərə alınması da buna xidmət edəcək”.

Hazırda Təhsil Nazirliyinin mərkəzi aparatında kadr sayında qıtlıq olduğunu deyən nazir müavini vurğulayıb ki, aparatın işçilərinin ümumi sayı 147 nəfərdir: “Buna baxmayaraq, struktur dəyişiklikləri aparılarkən Təhsilin statistikası və təhsildə keyfiyyətin qiymətləndirilməsi şöbəsi genişləndirilib. Hazırda Təhsil Nazirliyi daha geniş imkanlara malik olan, uzun müddət mövcud olan, lakin tam gücü ilə işləməyən milli təhsil sisteminin işlədilməsi istiqamətində addımlar atır”.

C.Bayramov qeyd edib ki, hər bir təhsil işçisi - istər məktəb direktoru, istərsə də rayon, şəhər təhsil şöbəsinin işçiləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı illik statistik göstəriciləri təhlil etməlidir: “Onlar rəqəmlərlə düzgün işləyəndə, onlara doğru yanaşma olduqda, bu həm informatikdir, həm də işin nəticəsində müsbət təsir göstərə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR