«Unibank»ın məlumat mərkəzi xidmət saatlarını artırıb

«Unibank»ın məlumat mərkəzi xidmət saatlarını artırıb
# 01 aprel 2014 11:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin 117 məlumat mərkəzi xidmət saatlarını artırıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi bankın məlumat mərkəzi həftənin 6 günü, səhər saat 09.00-dan axşam 22.00-dək xidmət göstərir.

«Unibank» müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək, bankın xidmət və məhsulları haqda məlumat ala bilirlər.

Qeyd edək ki, «Unibank» hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün bankın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR