Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 25% artıb

Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 25% artıb
# 17 iyun 2014 09:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,6 mlrd. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1% çox xarici investisiyalar yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, investisiyaların 14,5%-i iqtisadiyyata maliyyə kreditləri, 53,0%-i birbaşa, 32,5%-i isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 1,9 mlrd. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6% artıb, onun 1,6 mlrd. dolları və ya 86,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 521,3 mln. dollar ekvivalentində və ya əvvəlki ildəkindən 3,1% çox xarici kreditlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR