Qahirədə baş verən iğtişaşlar zamanı qadın jurnalist ölüb

Qahirədə baş verən iğtişaşlar zamanı qadın jurnalist ölüb
# 28 mart 2014 18:53 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə jurnalist Qahirənin şimalında reportaj hazırlayarkən baş verib.

Misirdə “Müsəlman qardaşları” və polis arasında növbəti toqquşmalar Abdel Fəttah əs-Sisinin prezident seçkilərində öz namizədliyini irəli sürməsindən sonra başlayıb.

Xatırladaq ki, Misirin müdafiə naziri Abdel Fəttah əs-Sisi tutduğu vəzifədən istefa verib və apreldə baş tutacaq prezident seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR