Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb

Gəncənin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb
# 13 may 2013 11:08 (UTC +04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Adil İsgəndərov, Qoqol, Nəriman Nərimanov küçələrində təxminən 500-ə yaxın abonent elektrik enerjisiz qalıb. Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin bildirdiyinə görə, elektrik təchizatının dayandırılmasına səbəb elektrik dirəklərinin dəyişdirilməsidir: “Şəhərin enerji təminatının daha da yaxşılaşdırılması üçün təmir işləri aparılır və bu işlər bundan sonra da davam edəcək”. Məlumata görə, şəhərin elektrik enerjisi ilə tam təminatı günün sonuna kimi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR