İraq, İordaniya, Livan və Türkiyənin xarici işlər nazirləri Suriya qaçqınlarının durumu ilə bağlı birgə bəyanatla çıxış ediblər

İraq, İordaniya, Livan və Türkiyənin xarici işlər nazirləri Suriya qaçqınlarının durumu ilə bağlı birgə bəyanatla çıxış ediblər
# 05 sentyabr 2013 07:44 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Suriyadan region ölkələrinə qaçqın axınının yaratdığı problemlər müzakirə olunub. Görüşdən sonra yayımlanan birgə bəyanatda Suriyada qaçqın axınının yaranma səbəblərinin aradan qaldırılmasına çağırılıb.

Tərəflər sentyabrın 30-da regionda yaranmış humanitar böhranı aradan qaldırmağa maliyyə yardımı cəlb etmək üçün yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəliblər.

Hazırda 2 milyonadək suriyalı qonşu ölkələrdə sığınacaq tapıb. Avqustun sonlarında 110 min suriyalı Misirdə, 168 min nəfər İraqda, 515 nəfər İordaniyada, 720 min nəfər Livanda, 460 min nəfər Türkiyədə sığınacaq tapıb. Hər gün qonşu ölkələrə orta hesabla 5 min suriyalı qaçqın gəlir. Livanda suriyalı qaçqınlar ölkə əhalisinin 18 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR