Azərbaycanda xidmətlər indeksi kəskin azalıb

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
# 24 may 2013 11:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin aprel ayı üzrə 75,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayı ilə müqayisədə 51,0 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəriciyə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, artımla yanaşı, indeks 100%-dən aşağı səviyyəyə enib. İndeksin 100%-dən az olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.

Belə ki, aprel ayında əhaliyə 389,9 mln. manatlıq pullu xidmətlər göstərilib, martda isə bu həcm 515,7 mln. manata enib. Müqayisə üçün qeyd edək ki, fevral ayında bu göstərici 407,3 mln. manata bərabər olub.

Ümumilikdə, yanvar-aprel aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 1,849 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7,3% çoxdur. Xidmətlər ÜDM-də 10,7%-lik paya malik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR