Eldar Qasımov konsertə hazırlaşır

Eldar Qasımov konsertə hazırlaşır
# 18 fevral 2014 12:00 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycana “Eurovision” mahnı müsabiqəsində qələbə qazandırmış Eldar Qasımov fevralın 23-də şəhərin əyləncə mərkəzlərinin birində ilk dəfə olaraq konsert verməyə hazırlaşır. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, “The One” adlı proqramla sevənlərinin qarşısına çıxacaq: “Konsert hazırlıqlarına və "Böyük Səhnə" projesindəki münsif fəaliyyətinə başım qarışıb. Bu arada sevənlərimdən xoş sürprizlə qarşılaşdım. Belə ki, konsertimin bütün biletləri 10 gün öncədən bitib”.

Konsertin təşkilatçısı Sənan Kazımov tələbatı nəzərə alaraq Eldar Qasımovla yeni konsert layihələr həyata keçirmək fikrində olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR