BBC Urmiya gölündəki son vəziyyəti əks etdirən şəkilləri dərc edib - FOTOSESSİYA

BBC Urmiya gölündəki son vəziyyəti əks etdirən şəkilləri dərc edib - <span style="color: red;">FOTOSESSİYA
# 10 may 2014 17:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. BBC Urmiya gölündəki son vəziyyəti özündə əks etdirən şəkilləri dərc edib. APA-nın BBC teleradiosunun fars redaksiyasına istinadən verdiyi məlumata görə, həmin şəkillərin bir zamanlar gəmilərin yan aldığı, əsas turizm zonalarından biri olan Şərəfxana və Rəhmanlu limanlarından çəkilərək göndərildiyi qeyd edilib. Fotolarda duzlaşmış liman sütunları və xeyli sayda tərk edilmiş gəmilər nəzərə çarpır.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.

İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünüün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünüün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR