Macarıstanın hakim partiyasının gəncləri Azərbaycana səfər edəcək

Macarıstanın hakim partiyasının gəncləri Azərbaycana səfər edəcək
# 24 yanvar 2014 11:18 (UTC +04:00)

Baklı - APA. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin dəvəti ilə Macarıstanın hakim siyasi partiyası FİDESZ - Macar Vətəndaş Birliyinin gənclər təşkilatı olan “Fidelitas”ın üzvlərindən ibarət nümayəndə heyətinin fevral ayının əvvəllərində Azərbaycana səfəri planlaşdırılıb. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlarla Yeni Azərbaycan Partiyasının icra katibliyində, Milli Məclisdə, Gənclər Fondunda və digər təşkilatlarda görüşlər keçiriləcək. Nümayəndə heyətinin tərkibi iqtidar partiyasında və ümumilikdə Macarıstanın siyasi arenasında kifayət qədər yaxşı tanınan dörd gənc siyasi fəaldan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR