Bakıda əvvəllər məhkum olunmuş şəxslər mənzildən xeyli miqdarda pul oğurlayıb

Bakıda əvvəllər məhkum olunmuş şəxslər mənzildən xeyli miqdarda pul oğurlayıb
# 17 aprel 2014 07:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 27-də saat 22:00 radələrində Fətəliyev küçəsində yaşayan Rizvan Nəzərovun evindən açar seçmə yolu ilə 6000 manat və 3700 ABŞ dollar oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərov və Ağdam rayon sakini Mələk Kazımova tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR