Bu il Azərbaycanda 11 mindən çox işsiz və işaxtaran işlə təmin olunub

Bu il Azərbaycanda 11 mindən çox işsiz və işaxtaran işlə təmin olunub
# 10 iyun 2014 12:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən bu ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 493 nəfər təşkil edib.

Eyni zamanda, DMX-nin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən bu ilin yanvar-may aylarında 1 298 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul edilərək müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR