WTI markalı neftin ucuzlaşması davam edir

WTI markalı neftin ucuzlaşması davam edir
# 12 mart 2014 06:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,09 dollar və ya 1,1% azalaraq 1 barelə görə 100,03 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, martın 11-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar və ya 0,4% artaraq 108,55 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR