Mərkəzi Bankın sədri “Bank of Azərbaycan”ın fəaliyyətində problem olduğunu təsdiqləyib

Mərkəzi Bankın sədri “Bank of Azərbaycan”ın fəaliyyətində problem olduğunu təsdiqləyib
# 10 may 2014 08:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Elman Rüstəmov bildirib ki, hazırda bankın sahibləri və səhmdarları ilə MB arasında danışıqlar aparılır: “Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür”.

E. Rüstəmov, haqqında məhkəmə qərarı olan “Kövsər bank”la bağlı suallara cavabında deyib ki, Mərkəzi Bank “Kövsər Bank”ın kreditləşmə proqramına baxacaq və bu proqrama məqbul sayılacaqsa, bank fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR