Buraxılış imtahanlarından azad olunan məktəblərin və şagirdlərin sayı artıb

Buraxılış imtahanlarından azad olunan məktəblərin və şagirdlərin sayı artıb
# 11 iyun 2013 13:23 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, iyunun 10-dək komissiyaya daxil olan məlumatlara əsasən, buraxılış imtahanlarından azad olunan təhsil müəssisələrinin sayı 14-ə çatdırılıb. Bunlar Bakının Xəzər rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi (lal və kar uşaqlar üçün), Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi, Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi, Nərimanov rayonunda 116 nömrəli korlar və zəif görən uşaqlar üçün orta məktəb, Səbail rayonunda 87 nömrəli orta məktəb, Suraxanı rayonunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi, Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Sumqayıt şəhər evdə fərdi təhsil məktəbi, Lənkəran şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi, Gəncə, 4 nömrəli internat əsas məktəbi (vərəmə meylli uşaqlar üçün), Gəncə, Gəncə şəhər 45 nömrəli yardımçı məktəb, Bakı, Xəzər rayonu Uşaq sanatoriyası nəzdindəki Gindes adına orta məktəb, Bakı, Xəzər rayonu Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbidir.

2012/2013-cü tədris ilində buraxılış imtahanlarından fərdi qaydada azad olunan şagirdlərin siyahısını da artım qeydə alınıb. Belə ki, iyunun 10-dək TQDK-ya təqdim olunan məlumatlara əsasən, siyahıda 1005 nəfər şagird buraxılış imtahanlarından azad edilib. Onların hər birinin adı, məktəbi, iş nömrəsi və digər məlumatlar komissiyanın internet saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR