TQDK sədri Qusar şəhərində vətəndaşları qəbul edəcək

TQDK sədri Qusar şəhərində vətəndaşları qəbul edəcək
# 04 mart 2014 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Qusar şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qusar şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul martın 12-də, saat 11:00-da Qusar şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Quba regional bölməsinə (Ünvan: Quba şəhəri, Fətəli xan küç., 8) müraciət etmələri (əlaqə tel.: (023) 335-56-72) xahiş olunur. Bundan əlavə, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon Təhsil Şöbələrində 04–11 mart tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR