Gəncə sakini zəhərlənib

Gəncə sakini zəhərlənib
# 07 mart 2014 11:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini kimyəvi maddələrdən zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, 31 yaşlı Günel Zeynalova kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsi ilə onu xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, G. Zeynallı yaşadığı evin vanna otağında təmizlik üçün nəzərdə tutulan iki məhlulu bir-birinə qarışdırıb iş görərkən həmin maddələrin iyindən zəhərlənib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR