DİN: Zaqatalada polisi bıçaqlayan şəxs tutularkən özünə xəsarət yetirib - VİDEO

DİN: Zaqatalada polisi bıçaqlayan şəxs tutularkən özünə xəsarət yetirib - <span style="color: red;">VİDEO
# 12 mart 2014 09:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Zaqatalada polis əməkdaşının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 11-də saat 20 radələrində Zaqatala şəhərinin ərazisində naməlum şəxs münaqişə zəminində həmin ərazidə xidmət aparan Zaqatala Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirib.

A. Zeynalov Zaqatala rayon xəstəxanasına yerləşdirilib.

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Ceyhun Camalov tutularkən bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR