Bakıda daha bir yol təmirə bağlanıb

Bakıda daha bir yol təmirə bağlanıb
# 07 aprel 2014 07:10 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, qeyd edilən yerlərdə yolun asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar hazırlıq işləri görülür: “Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı olaraq aprelin 6-dan 7-nə keçən gecə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək yerdə tunelin çıxışına qədər olan hissə mərhələli şəkildə məhdudlaşdırılıb. Artıq sabahdan etibarən burada yeni asfalt-beton örtüyünün salınmasına başlanılacaq”.

P.Mürsəliyev əlavə edib ki, yolun yenilənməsi işləri təxminən 5-6 gün davam edəcək.

Yolun bu hissəsi hazır olduqdan sonra açılaraq istifadəyə veriləcək və yolun növbəti hissəsinin yenilənməsinə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR