Masallıda II Beynəlxalq Folklor Festivalı keçirilir - FOTOSESSİYA

Masallıda II Beynəlxalq Folklor Festivalı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyun 2013 12:49 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı şəhərində II Beynəlxalq Folklor Festivalı başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən festivala Azərbaycanla yanaşı, Rusiya (Moskva və Dağıstan qrupları), Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Latviyadan 14-ə yaxın folklor ansamblı və qrupu qatılıb. Qonaqlar arasında həmçinin Zaqatala rayonunun folklor qrupu və Ağdamın “Qarabağ bülbülləri” ansamblı da yer alıb.

İyunun 15-ə kimi davam edəcək tədbirin birinci günü Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda festivalın təntənəli açılış mərasimi olub, daha sonra iştirakçılar öz ölkə və xalqlarına məxsus folklor nümunələrini nümayiş etdiriblər. Tədbirin davamı olaraq şəhərin Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət Parkında qonaqlar Azərbaycanın sənət inciləri, milli mətbəxi, adət-ənənəsi ilə tanış olublar.

Sabah isə festival iştirakçıları rayonun Hişkədərə və Həsənli kəndində konsert proqramı ilə çıxış edəcəklər.

İyunun 15-də - festivalın bağlanış mərasimində bütün iştirakçılar təşkilat komitəsinin diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR