Əli Həsənov: “Azərbaycanla Həştərxanı tarixi, mədəni, sosial və iqtisadi əlaqələr birləşdirir” - FOTO

Əli Həsənov: “Azərbaycanla Həştərxanı tarixi, mədəni, sosial və iqtisadi əlaqələr birləşdirir” - <span style="color: red;">FOTO
# 12 may 2014 11:29 (UTC +04:00)

Həştərxan. Mübariz Aslanov – APA. “Azərbaycan bu gün Rusiyanın müxtəlif regionları ilə aktiv əlaqələr qurub və bu regionlar arasında Həştərxanın xüsusi yeri var”. APA-nın məlumatına görə, bunu Azərbaycan nümayəndə heyətinin Rusiyanın Həştərxan şəhərinə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Azərbaycanla Həştərxanı tarixi, mədəni, sosial və iqtisadi əlaqələr birləşdirir: “Biz Xəzər dənizini bölüşdürürük və bizim Həştərxanla olan münasibətlərimiz Rusiyanın digər regionları üçün də ciddi örnəkdir. Bu gün bura səfərimiz və keçirilən tədbirlər də bunun nümunəsidir”.

Ə. Həsənov onu da qeyd edib ki, hazırda birbaşa Bakı-Həştərxan və yaxud bunun əvəzinə Bakı-Həştərxan-Volqoqrad aviareysinin açılması da müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR