Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər

Vətəndaşlar iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar artıq fərdi qaydada BMT-yə müraciət edə bilərlər
# 07 may 2013 07:22 (UTC +04:00)

APA-nın BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bəyan edib ki, bununla Ümumdünya İnsan Haqları Bəyannaməsində əks olunan vahid və hərtərəfli beynəlxalq normativ arxitekturanın formalaşdırılması başa çatır. O bildirib ki, protokolun qüvvəyə minməsi ayrı-ayrı fərdlərin iqtisadi, sosial və mədəni hüquqlarının pozulması ilə əlaqədar BMT-yə müraciət etməsinə imkan yaradacaq.

Qeyd edək ki, BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Beynəlxalq Paktına əlavə olunan Fakultativ Protokol BMT Baş Assambleyası tərəfindən 2008-ci ilin dekabrında qəbul olunub. Paktın özü isə 1966-cı ildə qəbul edilib və 10 il sonra qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR