TQDK sədri Quba rayonunda vətəndaşları qəbul edib - FOTO

TQDK sədri Quba rayonunda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 19 noyabr 2013 10:55 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Quba rayonunda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşüb.

APA-nın şimal bürosunun məlumatına görə, görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.

Bundan başqa, sakinlər komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər.

Qeyd olunub ki, TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR