E.İskəndərovun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi barədə M.Alieyə məlumat verilib. Öz növbəsində M.Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini bildirib. O, eyni zamanda Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana dəyən 300 mlrd. ABŞ dolları dəyərində zərərin kompensasiya şəklində Azərbaycan tərəfinə ödənilməsini vacib hesab etdiyini deyib: «Mən Xocalı faciəsini çox böyük diqqət mərkəzində saxlayıram. Ola bilsin ki, 21 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verən hadisələri çox adam xatırlamır və ya heç xəbəri yoxdur. Xocalı şəhərində baş vermiş bu cür dəhşətli faciənin bir daha təkrarlanmaması üçün Xocalıda insanlığa qarşı cinayətləri vəhşicəsinə törədən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara qarşı məhkəmə və hüquqi proseslər həyata keçirilməlidir».
M.Alie bildirib ki, İndoneziya parlamenti, parlamentin Xalq Nümayəndələr Palatasının 1-ci Komissiyası, həm də parlamentin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımında mövqeyini əsas gətirərək, İndoneziya hökumətinə Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün müraciət edib: «2014-cü ildə Cakartada Ermənistan səfirliyinin açılması planları İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində tutduğu ədalətli mövqeyini və siyasətini dəyişməyəcək».
İndoneziya parlamenti Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün İndoneziya hökumətinə müraciət edib - FOTO
18 yanvar 2014 12:38 (UTC +04:00)
Xarici siyasət
Ceyhun Bayramov ATƏT-in sədri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
20:39
6 may 2024
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:18
6 may 2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb, ekspert qruplarının işi davam edir
18:01
6 may 2024
Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO
17:58
6 may 2024