Bakıda dənizdə daha bir nəfər batıb

Bakıda dənizdə daha bir nəfər batıb
# 11 iyun 2014 09:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 28 yaşlı kişi dənizdə batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1986-cı il təvəllüdlü Elmar Davud oğlu Davudov Mərdəkan qəsəbəsi istiqamətində Mil-Qaya adlanan ərazidə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb. E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:52-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR