ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Dağlıq Qarabağa səfər edəcək

ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Dağlıq Qarabağa səfər edəcək
# 15 sentyabr 2013 00:42 (UTC +04:00)

APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvləri sentyabrın 15-dən 24-dək davam edəcək səfər çərçivəsində Ermənistanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmək və Dağlıq Qarabağa səfər etmək niyyətindədirlər.

“Biz ümid edirik ki, ilk dəfə təşkil olunan belə bir missiya Ermənistan və yüz minlərlə soydaşımızın evi olmuş Kaliforniya ştatı arasında siyasi təmasların möhkəmlənməsinə xidmət edəcək”, deyə Ermənistanın Los Ancelesdəki sabiq baş konsulu Qriqor Ovanesyan bildirib.

Nümayəndə heyətinin tərkibinə Kaliforniya ştatının qanunverici orqanının nümayəndələri və Los Anceles Şurasının üzvləri daxildir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR