Vladimir Putin aprelin 17-də canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıracaq

Vladimir Putin aprelin 17-də canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıracaq
# 10 aprel 2014 13:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandıracaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, canlı yayım aprelin 17-də Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq.

Prezidentlə canlı yayımı "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiokanalları, habelə "ORT", "Rossiya1" və "Rossiya24" telekanalları vasitəsi ilə izləmək mümkün olacaq.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinə nəinki zalda əyləşən tamaşaçılar, o cümlədən Rusiyanın regionlarında yaşayan vətəndaşlar da zəng vurub sual verə biləcəklər. Bundan başqa prezidentə SMS vasitəsi ilə sual göndərmək mümkün olacaq. Bu il ilk dəfə olaraq Rusiya vətəndaşlarının prezidentə qısa videosuallar vermək imkanı da yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR