Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7% artıb
# 22 mart 2014 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artaraq 1010,3 mln. manat olub.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, artımın 60,5%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 756,5 mln. manatlıq və ya 5,5% çox pullu xidmətlər göstərilib.


Bu ilin iki ayında ölkədə pullu xidmətlərin ümumi həcminin 231,0 mln. manatı dövlət mülkiyyəti təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% çoxdur. Qeyri-dövlət mülkiyyətinin həcmi isə bir il ərzində 8,5% artaraq 779,3 mln. manat olub.


Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 53,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 3,5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR