Akif Əlizadə: “Sumqayıt hadisələrinə bir mərkəzdən istiqamət verilir və rəhbərlik olunurdu”

Akif Əlizadə: “Sumqayıt hadisələrinə bir mərkəzdən istiqamət verilir və rəhbərlik olunurdu”
# 28 fevral 2014 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Ötən əsrdə 70 ildən çox müddətdə mövcud olan Sovetlər İttifaqı 80-ci illərin axırlarında siyasi, iqtisadi, elmi baxımdan çox zəifləmiş bir dövlətə çevrilmiş və milli hərəkatlar başlamışdı. Milli azadlıq hərəkatları müxtəlif respublikalarda - Azərbaycanda, Baltikyanı və digər ölkələrdə aparılırdı. Sovet imperiyası bunların qarşısını almaq üçün müxtəlif tədbirlər görür, insana xas olmayan anti-xalq, çirkin metodlara əl atır, etnik qrupları bir-birinə qarşı qaldırırdı. Belə bir zamanda Azərbaycanın Sumqayıt şəhərində belə bir hadisə törədildi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizdə 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirib.

A.Əlizadə qeyd edib ki, bu hadisələr öz-özlüyündə haradasa düşünülmüş bir mərkəzdən aparılır, istiqamət verilir və rəhbərlik olunurdu. Onun sözlərinə görə, 1988-ci ildən ötən 26 il ərzində erməni siyasətçiləri hər dəfə bu hadisələrdən öz mənafeləri naminə istifadə olunmasına çalışıblar: “Bununla da Azərbaycanın mövqeyini zəiflətmək, azərbaycanlıları vəhşi insanlar kimi qələmə vermək istəyirdilər. Lakin bu gün Azərbaycanın dünya ictimaiyyətində öz dəst-xətti var. Bunun nəticəsində də ermənilərin bu siyasətləri ayaq tutub yerimir. Bu gün qloballaşan dünyada multikulturalizm, tolerantlıq siyasəti azərbaycanlıların necə xalq olduğunu dünyaya sübut edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR