Şamaxı və Astarada yanğın olub

Şamaxı və Astarada yanğın olub
# 17 yanvar 2014 04:56 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Şamaxı şəhərində ümumi sahəsi 350 kv.m olan anbarda baş verib. Nəticədə anbarın yanar konstruksiyaları 145 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi, soyuducu və 2 ədəd yük avtomobili yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Astara rayonu, Telman kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR