“Azərsu”: Bakı sakinlərinə verilən içməli su bütün standartların tələblərinə cavab verir

“Azərsu”: Bakı sakinlərinə verilən içməli su bütün standartların tələblərinə cavab verir
# 10 aprel 2014 15:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı sakinlərinə verilən içməli suyun tərkibi bütün standartların tələblərinə cavab verir.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda açılan II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC) sərgisində jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, dünyada suyun tərkibindəki bağırsaq çöplərinin müəyyənləşdirilməsi üçün 3 əsas standart mövcuddur: “Bunlar Ümumdünya Səhiyyə Təşkilatının, keçmiş SSRİ dövründən qalma və müasir Avropa standartlarıdır”.

O qeyd edib ki, Azərbaycanda istifadə olunan standartlar bütün parametrlərinə görə adıçəkilən standartlardan daha üstündür: “2013-cü ildə quraşdırdığımız laboratoriyalarda əldə edilən nəticələr göstərir ki, Bakı şəhərinə verilən içməli suyun tərkibi bütün standartların tələbinə cavab verir”.

Q.Hüseynov deyib ki, bəzi sistemlər köhnəldiyi üçün müəyyən problemlər mövcuddur və “Azərsu” ASC-nin mütəxəssisləri bu problemlərin araşdırılması üçün yerlərdə yoxlamalar aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR