Bakıda səfərdə olan Niderland işgüzar nümayəndə heyəti ADA Universitetinin rəhbərliyi ilə görüşüb

Bakıda səfərdə olan Niderland işgüzar nümayəndə heyəti ADA Universitetinin rəhbərliyi ilə görüşüb
# 23 aprel 2014 08:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. ADA Universiteti və Maastrixt Menecment Məktəbinin əməkdaşlığı çərçivəsində Bakıda səfərdə olan Niderlandın işgüzar nümayəndə heyəti bu gün ADA Universitetinin rəhbərliyi ilə görüş keçirib.

APA-nın məlumatına görə, nümayəndə heyəti ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevlə görüşərək, universitetlə tanış olublar. Görüş zamanı qonaqlara Azərbaycanın iqtisadiyyatı və Azərbaycanda biznesin qurulması yolları barədə məlumat verilib.

H. Paşayev çıxışında universitetlə Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ADA Universiteti və Niderlandın Maastrixt Menecment Məktəbi birgə biznes idarəetməsi proqramını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR