DİN-in təşəbbüsü ilə yetkinlik yaşına çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın qarşısının alınması ilə bağlı tədbir keçirilib

DİN-in təşəbbüsü ilə yetkinlik yaşına  çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın qarşısının alınması ilə bağlı tədbir keçirilib
# 22 may 2014 13:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda tədbir keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, mayın 21-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində “Yetkinlik yaşına çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın və digər hüquqpozmaların qarşısının alınması sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi” mövzusunda orta məktəb müəllimlərinin, psixoloqların və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın tələb və prinsiplərini izah etmiş, bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin, yeniyetmənin fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Dəyirmi masada Yasamal rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Şöbəsinin rəisi İlahə Əsədova, Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov və digər şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR